Xəzər Xəbər

İmişli və Ağstafada ağır qəzalar - 3 ölü, 4 yaralı var - VİDEO

Veb TV | 18:23 • 15 Fevral 2020
İmişli və Ağstafada ağır qəzalar -

İmişlidə minik avtomobilinin aşması 2 nəfərin ölümü ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza İmişli rayonunun Şahverdili kəndində qeydə alınıb.

Bəhramtəpə qəsəbə sakini, 46 yaşlı Nizami Həsənovun idarə etdiyi minik avtomobilinin qarşısına iribuynuzlu heyvan çıxıb. Hadisə zamanı maşın yoldan çıxaraq dərəyə aşıb.

Sürücü Nizami Həsənov avtomobilin altında qalaraq ölüb. Avtomobildə olan sərnişinlər - 14 yaşlı Məhəmməd İsayev və 24 yaşlı İbrahim Məmmədov isə müxtəlif bədən xəsarətləri ilə İmişli rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Məhəmməd İsayev reanimasiya şöbəsində dünyasını dəyişib.

Ağstafada da minik avtomobilinin aşması ölümlə nəticələnib. 35 yaşlı Fərrux İsmayılov idarə etdiyi minik avtomobili ilə Saloğlu yolunda hərəkətdə olarkən sükana nəzarəti itirib və maşın yoldan çıxaraq aşıb. Sürücü Fərrux İsmayılov, onun ailə üzvləri - 60 yaşlı Sara İsmayılova, 33 yaşlı Gülnar İsmayılova və yeddi yaşlı oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Sara İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024