Xəzər Xəbər

"Kaspi" Təhsil Şirkəti tərəfindən təcrübə proqramına start verilib - VİDEO

Veb TV | 18:52 • 15 Fevral 2020
"Kaspi" Təhsil Şirkəti tərəfindən təcrübə proqramına start verilib -

Bu gün "Kaspi" Təhsil Şirkəti tərəfindən növbəti təcrübə proqramına start verilib. Proqrama 112 nəfər tələbə qoşulub. Təcrübə proqramında iştirak edəcək şəxslər gələcək karyeralarına burdan start verəcəklər.

Xezerxeber.az-ın məlumatına görə, gələcəyin müəllimləri və bir sıra başqa ixtisas sahibləri bir araya gəliblər. Onların bir araya toplaşmalarının səbəbi keçəcəkləri təcrübə proqramı olub.

"Kaspi" Təhsil Şirkəti öz müəssisələrində gənc kadrlara karyera imkanları yaratmağa davam edir. Bunun üçün təcrübə proqramına start verilib. Şirkət universitetlərin son kurs tələblərinə və yeni məzun olmuş şəxslərə öz ixtisasları üzrə təcrübə qazanmaq imkanı yaradıb.

"Kaspi" Təhsil Şirkətinin əməkdaşları, universitet müəllimləri və 112 tələbənin iştirak etdiyi tədbirdə çıxış edən "Kaspi" Şirkətlər Qrupunun təsisçisi Sona Vəliyeva təcrübə proqramının əhəmiyyətindən və gənclərə verəcəyi imkanlardan danışıb.

Tədbirdə ulu öndər Heydər Əliyevin "Mən dünyada müəllimdən yüksək ad tanımıram. Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır" sözləri xatırladılıb və bildirilib ki, təcrübə keçənlərin əksəriyyətinin məhz gələcəyin müəllimlərinin olması sevindiricidir. Həmiçinin bildirilib ki, burda iştirak edəcək təcrübəçilər real iş mühitində çalışmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, 6 ildir keçirilən proqram inzibati və pedaqoji ixtisaslar daxil olmaqla, 18 sahəni əhatə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti