Xəzər Xəbər

Təyyarə qasırğa səbəbindən düşmə təhlükəsi ilə üzləşdi - VİDEO

Veb TV | 10:42 • 24 Yanvar 2020
Təyyarə qasırğa səbəbindən düşmə təhlükəsi ilə üzləşdi -

İspaniyada tüğyan edən "Qloriya” qasırğası hava limanlarının da fəaliyyətini iflic edib.

Azı 11 nəfərin ölümünə səbəb olan qasırğa təyyarələrin uçuşuna mane olduğundan Alikante aeroportu bağlanıb.

Qasırğa anında təyyarələrdən biri hətta havaya qalxan zaman çətin anlar yaşayıb. Qasırğanın gücündən təyyarə qəzaya düşmə təhlükəsi ilə üzləşib. Pilot son anda təyyarəni düşməkdən xilas edib.

Xəbər lenti