Xəzər Xəbər

Qonaq getdiyi evdən oğurluq etdi, yaxalandı - VİDEO

Veb TV | 19:26 • 3 Dekabr 2019
Qonaq getdiyi evdən oğurluq etdi, yaxalandı -

Şəmkir sakini Məzahir Hüseynov Samux rayonunda qonaq getdiyi evdən oğurluq edib.

Xezerxeber.az-ın məlumatına görə, Samux sakini Rəhman Zeynalov evdə olmadıqları müddətdə yaşadıqları mənzilin qarət olunması barədə rayon polis şöbəsinə müraciət edib. O bildirib ki, evdən 4500 manat nağd pul oğurlanıb. Əməliyyat axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğun üstünü açmağa müvəffəq olublar. Məlum olub ki, hadisəni bir müddətdir zərərçəkənin evində qonaq olan şəxs törədib.

Etdiyi oğurluğu etiraf edən Məzahir Hüseynov əvvəlcədən pulun saxlanc yerini öyrəndiyini və heç kimin olmamasından yararlanaraq qarəti həyata keçirdiyini deyib.

Məzahir Hüseynovun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri iş başlanıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti