Xəzər Xəbər

15 yaşlı topdaşıyan "Tottenhem"in matçına damğa vurdu - QƏRİBƏ SƏBƏB VİDEO

Veb TV | 10:40 • 1 Dekabr 2019
15 yaşlı topdaşıyan "Tottenhem"in matçına damğa vurdu - QƏRİBƏ SƏBƏB

"Tottenhem"in "Olimpiakos"u 4-2 məğlub etdiyi matçda maraqlı anlar yaşanıb.

Topu oyuna sürətli daxil edərək Harri Keynin qol vurmasını təmin edən topdaşıyan 15 yaşlı Kallum Hayn matça damğa vurub.

Bu hərəkətindən sonra "Tottenhem"in baş məşqçisi Joze Mourinyo topdaşıyan uşağın yanına gedərək onu təbrik edib. Matçdan sonra verdiyi açıqlamada uşağa təriflər yağdıran Mourinyo qələbəni qeyd etmək üçün onu paltardəyişmə otağına çağırdığını, amma uşağın bir anda yoxa çıxdığını deyib.

Kallum Hayn isə sonradan verdiyi açıqlama ilə bir çoxlarını təəccübləndirib: "Joze bunu etmək məcburiyyətində deyildi. Mənim üçün həyatım boyunca unuda bilməyəcəyim bir şey etdi. Riyaziyyat imtahanım olduğu üçün paltardəyişmə otağına gedə bilmədim. Evə gedəndə yol boyu dərs oxudum".

Xəbər lenti