Xəzər Xəbər

Məktəb şagirdi qətl törətdi - VİDEO

Veb TV | 18:38 • 23 Oktyabr 2019
Məktəb şagirdi qətl törətdi -

Gəncədə bıçaqlanma hadisəsi olub.

Xezerxeber.az-ın məlumatına görə, şəhər sakini, 17 yaşlı Əzim Verdiyev döş qəfəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Lakin yaralı xəstəxanada dünyasını dəyişib. Araşdırma zamanı Əzim Verdiyevi kimin öldürdüyü məlum olub. Onu qətlə yetirməkdə şübhəli bilinən həmyaşıdı Elgün Məmmədov saxlanılıb. 10-cu sinif şagirdi cinayəti etiraf edib. O, ilkin ifadəsində bildirib ki, qətlə yetirdiyi şəxs çayxanada onun əmisi oğlunu vurmaq istəyib. Bu da əmisi oğlunu müdafiə etmək üçün Əzim Verdiyevi bıçaqlayıb.

Xaçmazda da qətl hadisəsi baş verib. Rayonun Qımıl kənd sakini, 58 yaşlı Əlihüseyn Qədirov keçmiş kürəkəni, 29 yaşlı Səfər Qurbanov tərəfindən bıçaqlanıb. Səfər Qurbanov keçmiş qayınatasına 8 bıçaq zərbəsi vurub. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hər ili faktla bağlı cinayət işi açılıb. Hadisənin təfərrüatları araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti