Xəzər Xəbər

Ağsuda it ev sahibini dişləyib - VİDEO

Veb TV | 19:57 • 7 Oktyabr 2019
Ağsuda it ev sahibini dişləyib -

Ağsuda həyətdəki it ev sahibi olan qadına hücum edib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Abbasxanlı kəndində qeydə alınıb.

Kənd sakini 47 yaşlı Xalidə Məmmədova həyətdə iş görərkən itin hücumuna məruz qalıb.

Qolları yaralanan qadın dərhal yaxınları tərəfindən Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin yardımdan sonra qadın evə buraxılıb.

Ailə iddia edir ki, itdə quduzluq əlamətləri var. Həkimlər isə bildirir ki, əgər itdə quduzluq xəstəliyi aşkarlanarsa, xəsarət alan qadına fərqli müalcə tətbiq olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti