Xəzər Xəbər

Rusiyanın tanınmış ictimai xadimləri Prezident İlham Əliyevin Soçi nitqindən danışdılar - VİDEO

Veb TV | 19:15 • 7 Oktyabr 2019
Rusiyanın tanınmış ictimai xadimləri Prezident İlham Əliyevin Soçi nitqindən danışdılar -

Prezident İlham Əliyevin Soçidəki çıxışı və Rusiya prezidenti ilə səmimi görüşü bu ölkənin mediasının əsas müzakirə mövzularından birinə çevrilib.

"Xəzər Xəbər"ə müsahibə verən Rusiyanın tanınmış ictimai xadimləri, jurnalistləri Ermənistanla müqayisədə rəsmi Bakının Moskva ilə əlaqələrinin daha geniş və sağlam təməllər üzərində inkişaf etdiyinə diqqət çəkiblər.

Rusiyanın tanınmış ictimai-siyasi xadimi, eləcə də Yeni Rusiya hərəkatının rəhbəri Nikita İsayev bildirib ki, Prezident İlham Əliyevin Valdaydakı nitqi Ermənistan baş naziri Nikol Paşinyanın populist çıxışları ilə müqayisədə faktlara əsaslanan və təsirli bir nitq idi.

Rusiyanın "Dünya silah ticarətinin təhlili Mərkəzi"nin rəhbəri, eləcə də "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko isə bildirib ki, Azərbaycan prezidentinin Soçidəki çıxışı Ermənistan baş nazirinin daxili auditoriyaya hesablanan çıxışlarına sanballı cavab oldu.

Rusiyanın tanınmış araşdırmaçı jurnalisti Yevgeni Mixaylov isə "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, Rusiyanın Ermənistanla münasibətlərinin gərginləşdiyi bir vaxtda, Azərbaycanla münasibətlər sürətlə genişlənir və iki qonşu ölkə bir-birini strateji tərəfdaş kimi görür.

Yevgeni Mixaylov onu da qeyd edib ki, Azərbaycanın Rusiya ilə siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlığının genişlənməsində ən əsas faktor hər iki ölkənin dövlət başçılarının yaxın dostluq münasibətidir. Bu da bütün problemlərin asanlıqla həll edilməsində önəmli rol oynayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti