Xəzər Xəbər

“Hərbiyyə - Xəzər” düşərgəsinə start verilib VİDEO

Veb TV | 18:52 • 18 Sentyabr 2019
“Hərbiyyə - Xəzər” düşərgəsinə start verilib

Əvvəlcə hərbi simulyator vasitəsi ilə dənizdə döyüş təlimi keçirildi.

Daha sonra canlı olaraq döyüş gəmilərinə minilərək dənizə çıxıldı. Görüntülər "ASAN xidmət", Dövlət Sərhəd Xidməti və "ASAN Könüllüləri"nin birgə təşkilatçılığı ilə reallaşdırılan "Hərbiyyə - Xəzər" düşərgəsindəndir.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bazasında "Hərbiyyə - Xəzər" hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib.

Tədbirdə iştirak edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, indiyə qədər könüllülərin çoxsaylı müraciətləri nəzərə alınaraq təkcə bu il 3 "Hərbiyyə" düşərgəsi təşkil edilib. Əsas məqsəd ASAN Könüllülərinin hərbi vətənpərvərlik ruhunu artırmaqdır

Bildirilib ki, bu təlim əvvəlkilərdən fərqli olaraq ilk dəfə gəmilərdə və hərbi simulyasiya formatında həyata keçirilir.

ASAN xidmətin rəhbəri Ülvi Mehtiyev qeyd edib ki, mərhələli şəkildə bütün asan könüllüləri hərbi vətənpərvərlik düşərgəsində iştirak edəcəklər

Qeyd edək ki, "Hərbiyyə - Xəzər" gənc nəslin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində təşkil olunan sayca 5-ci hərbi vətənpərvərlik düşərgəsidir.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti