Xəzər Xəbər

Tovuzda günlük kirayə evlərə ehtiyac var - VİDEO

Veb TV | 20:23 • 28 Avqust 2019
Tovuzda günlük kirayə evlərə ehtiyac var -

Füsunkar təbiət, göz oxşayan gözəllik və təmiz dağ havası... Bu görüntülər Tovuzun Əsrik dərəsindəndir.

Xezerxeber.az-ın məlumatına görə, hazırda turistlərin axın etdiyi bölgələrdən biri də məhz bu rayonun Əsrik çayı boyu yerləşən istirahət zonalarıdır. Qonaqlı-qaralı olan bu istirahət məkanları istər yerli, istər də xarici qonaqları qane edir. Lakin digər rayonlardan fərqli olaraq burada günlük kirayə evlər tapmaq olmur.

Müşahidələr göstərir ki, rayona gələn turistlər arasında gündəlik evlə maraqlananlar da az deyil.

Rieltorlar isə gündəlik kirayə evlərin olmamasına maraqlı arqumentlər gətirir.

Əmlak ekspertləri isə bildirir ki, gündəlik evlərin kirayə verilməsi ilə bu rayona turist axınını ikiqat artırmaq mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti