Xəzər Xəbər

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür - VİDEO

Veb TV | 19:30 • 14 İyul 2019
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür -

Bu gün ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür.

Xezerxeber.az-ın məlumatına görə, 1969-cu ilin bu günü ümummilli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Bu hadisə Azərbaycan SSRİ üçün yeni bir dövrün başlanğıcı oub.

Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı bildirir ki, 1920-ci ildən sonra azərbaycanlılar SSRİ rəhbərliyində təmsil olunmurdu. Buna görə də Azərbaycanın bütün sahələri gün keçdikcə geriləyirdi. Məhz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu stereotip qırıldı və ölkə inkişaf etməyə başladı.

Millət vəkili Aydın Hüseynov isə 1969-cu ilə qədər Azərbaycanın təbii sərvətlərindən geniş istifadə edildiyini, amma bundan xalqa heç bir fayda olmadığını bildirir. Onun sözlərinə görə, ulu öndər hakimiyyətə gəldikdən sonra iqtisadiyyatın bütün sahələrində canlanma müşahidə edildi.

Millət vəkillərinin sözlərinə görə, Heydər Əliyev hələ o zamanlar daim müstəqillik haqqında düşünüb və bunu sonrakı illərdə açıq şəkildə ifadə edib. Məhz elə bu düşüncə və ona yönəlik addımların atılması Azərbaycanın sonralar əldə etdiyi müstəqillik üçün təməl rolunu oyanyıb.

Heydər Əliyev hakimiyyətdə olduğu illərdə həm də Azərbaycanın mədəniyyətinin tanıdılmasında, dəyərli sənətkarlarımız, şairlərimizin xatirəsinin yaşadılması üçün daim çalışmış və onların tanıdılması üçün böyük işlər görmüşdür. Ümummilli lider Heydər Əliyev 1982-ci ilin dekabrınadək Azərbaycan SSRİ-ə rəhbərlik edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti