Xəzər Xəbər

Bakıda avtobus dayanacağını yük maşınları zəbt edib - VİDEO

Veb TV | 18:58 • 14 İyul 2019
Bakıda avtobus dayanacağını yük maşınları zəbt edib -

Bakıda avtobus dayanacağı parkinq kimi istifadə edilir.

Xezerxeber.az-ın məlumatına görə, ərazidə dayanacaq quraşdırılsa da, yanından nə avtobus keçir, nə də maşın. Söhbət paytaxtın Nizami rayonundan gedır.

Dayanacağın qarşısı və kənarı iritonnajlı avtomobillərin parkinq ərazisi kimi istifadə olunur.

Ərazidə çalışanlar da bildirir ki, burada dayanacaq quraşdırılmasından bir neçə il keçsə də, istifadəsiz qalıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi də mövqeyini açıqlayıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Bakı Nəqliyyat Agentliyi avtobus dayanacaqlarını yeni təhvil alıb. Hazırda təhvil alınan dayanacaqlarla bağlı uyğunsuzluqlar aradan qaldırılır. Həmçinin, Babək prospektində də ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar