Xəzər Xəbər

Meşəlik ərazilərdə də çəyirtkələrlə mübarizə aparılır VİDEO

Veb TV | 20:24 • 23 İyun 2019
Meşəlik ərazilərdə də çəyirtkələrlə mübarizə aparılır

Meşəlik ərazilərdə də çəyirtkələrlə mübarizə aparılır.

Görüntülər Samuxun Qaraağaclı kəndindəndir. Burada çəyirtklərin 3 növünə rast gəlinib. Əsasən gilli, alçaq dağətəyi və əkilməmiş ərazilərdə yayılan, daha sonra isə kənd təsərrüfatının bütün sahələrinə kütləvi şəkildə hücum edən bu zərərvericilərin Gürcüstandan miqrasiya etdiyi ehtimal olunur. Zərərvericilərlə mübarizə tədbirlərini Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Respublika Bitki Mühafizə Mərkəzi birgə həyata keçirir.

Hazırda Mərakeş çəyirtkələri yanız örüş sahələrində müşahidə olunur. Digər növlər isə meşə sahələrinə də yayılıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı indiyə qədər dəfələrlə Mərkəzi Asiya və Qafqaz ölkələrinə çəyirtkə hücumundan narahatlıq keçirdiyini, Azərbaycanın da risk qrupu siyahısında olduğunu bəyan edib.

Xəbər lenti