Xəzər Xəbər

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi VİDEO

Veb TV | 20:08 • 23 İyun 2019
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi I və IV qrup üzrə qəbulimtahanlarını keçirib. İmtahanda 24 mindən çox abituriyyent tələbə adının qazanmaq üçün iştirak edib.

Övladlarından daha çox onlar həyəcan keçirməli oldular.Valideyinlər səbirsizliklə övladlarının imtahandan yaxşı xəbərlə çıxacağını gözləyirlər.

Bu gün 24 mindən çox şagird tələbə olmaq üçün imtahan verib.Onlardan 19 min 878 abituriyent I qrup üzrə, 4 min 150 abituriyent isə IV qrup üzrə imtahan verib.Saat11-də başlayan imtahan 2-yə kimi davam edib.

İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 46 binada aparılıb. İmtahanların idarə olunmasına 173 imtahan rəhbəri və 1950 nəzarətçi-müəllim cəlb olunub.

İyunun 24-dən etibarən Dövlət İmtahan Mərkəzində imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq. Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulub.

Xəbər lenti