Xəzər Xəbər

Bir hissədə geriyə dönməyə icazə verilir, digərində yox VİDEO

Veb TV | 19:00 • 16 İyun 2019
Bir hissədə geriyə dönməyə icazə verilir, digərində yox

Paytaxtın Nobel prospektində uzun illərdir yaşanan tıxacın qarşısını almaq üçün bir müddət əvvəl müxtəlif hissələrdə yeni işıqforlar qoyuldu, nişanlar quraşdırıldı. Bu addımlar prospektdə sıxlığı xeyli azaltdı. Amma sürücüləri düşündürən bir məqam var. Məsələ nişanların birinin geriyə dönməyə icazə verməsi, digərinin isə qadağa qoyması ilə bağlıdır.

Paytaxtın Nobel prospektində yol hərəkətinin təşkili ilə bağlı bəzi məqamlar sürücüləri xeyli düşündürür.

Məsələ ondadır ki, prospektin Zığ yoluna düşən hissəsində bir müddət əvvəl yeni işıqfor və nişan qoyulub. Nişan avtomobillərə düzünə getməyə, sola və geriyə dönüşə icazə verir.

Həzi Aslanov qəsəbəsinin yaxınlığında da yeni nişan qoyulub. Burda isə sürücülərə yalnız düzünə hərəkət etməyə icazə verilir. Sürücülərin iddialarına görə hər iki hissədə geriyədönüşə icazə verilməli idi. Həzi Aslanov qəbəsi yaxınlığından geriyə dönmək istəyənlər bir qədər məsafə qət etməyə məcbur qalırlar.

Yol hərəkəti məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, yol hərəkətinin təşkili zamanı bütün detallar nəzərə alınır. Eyni prospektdə yol nişanları qoyularkən hərəkətin intensivliyi, əhali ilə məskunlaşma, təhlükəsizlik və başqa amillər diqqətdən keçirilir. Ona görə də eyni prospektdə eyni hərəkət prinsipinin olması şərt deyil.

Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev qeyd edib ki, sözügedən prospektdə piyadaların təhlükəzsizliyi nəzərə alınaraq belə bir addım atılıb.

Xəbər lenti