Xəzər Xəbər

Hacıqabulda AĞIR QƏZA: 2 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO

Veb TV | 18:29 • 4 İyun 2019
Hacıqabulda AĞIR QƏZA:

Mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Ağır qəza Bakı-Qazax magistralının Hacıqabulun Atbulaq kəndindən keçən hissəsində baş verib. Hadisə nəticəsində Yevlax sakini, 51 yaşlı İsmət Qasımov və Ucarın Bərgüşad kənd sakini, 54 yaşlı Fikrət Usubov dünyasını dəyişib.51 yaşlı Elnarə Şirəliyeva, 11 yaşlı Nicat Şirəliyev, 13 yaşlı Yusif Şirəliyef və daha bir nəfər isə müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Kürdəmirdə isə minik avtomobilinin velosipedçini vurması ölümlə nəticələnib. Hadisə Garıs Əyribənd kəndində baş verib. Kənd sakini, 48 yaşlı Sahib Mirzəyev idarə etdiyi minik avtomobili ilə velosipedlə qarşısına çıxan həmkəndlisi, 37 yaşlı Ramil Nadirovu vuraraq öldürüb. Hadisə zamanı sürücü sükana nəzarəti itirib və maşın yoldan çıxaraq aşıb. Sürücü Sahib Mirzəyev və sərnişinlər - 44 yaşlı Eldəniz Ağayarov və 14 yaşlı Fatimə Mirzəyeva müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Abşeronda baş verən qəzada isə piyada ölüb. Hadisə Masazır qəsəbəsində qeydə alınıb.Qəsəbə sakini Rahim Mustafayev idarə etdiyi minik avtomobili ilə yolu keçən Bakı şəhər sakini Elnarə Məmmədovanı vurub. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib. Hər üç faktla bağlı araşdırma aparılır.