Xəzər Xəbər

Tovuzda "ASAN Xidmət" mərkəzi tikilir VİDEO

Veb TV | 19:25 • 4 İyun 2019
Tovuzda "ASAN Xidmət" mərkəzi tikilir

Tovuzda "ASAN Xidmət" mərkəzi tikilir.

Prezidentin tapşırığı ilə dövlət vəsaiti hesabına rayonun giriş hissəsində inşa edilən kompleksə "ASAN xidmət" mərkəzi, Asan Peşə və Asan Abad daxildir. Mərkəz 4 mərtəbədən ibarətdir. Həyətində isə avto dayanacaq və park olacaq. Tikinti işləri sürətlə davam etdirilir.

Tovuz "ASAN Xidmət" mərkəzində işlərin 90 faizi yekunlaşıb. Mərkəzdə Tovuzla yanaşı, Qazax, Ağstafa, Gədəbəy və Şəmkir sakinlərinə də xidmət göstəriləcək.

Kompleksin bu ilin sonunadək təhvil verilməsi nəzərdə tutulub.

Xəbər lenti