Xəzər Xəbər

Bakıdakı saatların bəziləri işləmir VİDEO

Veb TV | 19:38 • 1 İyun 2019
Bakıdakı saatların bəziləri işləmir

Şəhərin mərkəzi hissəsində yerə quraşdırılan bu saat ümumiyyətlə işləmir..

Heydər Əliyev prospektində isə bu saatlar yanaşı olsa da, aralarında 5 dəqiqəyə yaxın vaxt fərqi var. Söhbət paytaxtın bəzi parklarında, mərkəzi küçə və yollarında olan saatlardan gedir. Bunların bəziləri işlək vəziyyətdə olsa da, bəziləri ya ümumiyyətlə işləmir, ya da vaxtda müəyyən gecikmələr var.

Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətindən bildirildi ki, şəhərin mərkəzi yollarında, o cümlədən Heydər Əliyev prospektində olan saatlar da daxil olmaqla, 15 saat Bakı Abadlıq Xidmətinin nəzarətindədir. Saatların bəzilərinin işləməməsinə gəldikdə, qurumdan bildirildi ki, bu, əsasən yağan güclü yağış və tozlanma ilə əlaqədər olur.

Qeyd edək ki, hazırda Bakı şəhərində yollarda və parklarda 50-yə yaxın saat quraşdırılıb.

Xəbər lenti