Mədəniyyət müəssisələri UEFA Avropa Liqasının finalı ilə əlaqədar gələn bütün turistləri qarşılamağa hazırdır.
Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Bildirib ki, bununla bağlı rəhbərlik etdiyi qurumda geniş tərkibli iclas da keçirilib.
Əbülfəs Qarayev Xalq artisti Arif Məlikovun heykəlinin ucaldılması məsələsinə də toxunub. Qeyd edib ki, bununla bağlı komissiya yaradılacaq.
Əbülfəs Qarayev "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycanın xəritəsinin düzgün göstərilməməsinə də münasibət bildirərək deyib ki, bu, yolverilməzdir. Bununla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birlikdə araşdırılma aparılacaq.