Xəzər Xəbər

Bakıda ağac maşının üzərinə aşıb - VİDEO

Veb TV | 19:50 • 18 Aprel 2019
Bakıda ağac maşının üzərinə aşıb -

Bakıda ağac maşının üzərinə aşıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Güclü külək qəsəbədə Hicran Hasilov küçəsi 13 ünvanında yerləşən binanın həyətindəki ağaclardan birinin böyük budağını sındırıb. Sınan budaq ağacın altında park edilən avtomobilin üzərinə aşıb.

Hadisə zamanı xəsarət alan olmasa da, maşına ziyan dəyib. Bina sakinləri deyirlər ki, həyətdə olan ağaclar tez-tez sınır. Həmin ağaclar azyaşlılar üçün də təhlükəyə çevirilib.

Əraziyə cavabdeh olan 131 saylı mənzil istismar sahəsinin sahə rəisi Asif Əsədov "Xəzər Xəbər"ə bildirdi ki, həmin binanın həyətindəki ağaclarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi məktub ünvanlanıb.

Bakı Şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bitkilərin mühafizəsi söbəsindən isə bildirildi ki, həmin ünvanla bağlı hadisə baş verənə qədər quruma heç bir rəsmi məktub daxil olmayıb.

Orxan Məmmədov bildirdi ki, həmin ərazi ilə bağlı quruma ilk müraciət bu gün səhər saatlarında daxil olub. Vətəndaşın müraciəti əsasında həmin əraziyə qurumun əməkdaşları göndərilib və aşan budaq avtomobilin üzərindən götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti