Xəzər Xəbər

Mingəçevirdə iki qardaş "Kvadrasikl” hazırlayıb - VİDEO

Veb TV | 19:56 • 18 Aprel 2019
Mingəçevirdə iki qardaş "Kvadrasikl” hazırlayıb -

Mingəçevirdə 25 yaşlı usta Vladimir Kalidin və qardaşı Denis birgə "Kvadrasikl” nəqliyyat vasitəsi hazırlayıb.

Xezerxeber.az-ın məlumatına görə, 3 aya ərsəyə gələn minik vasitəsi motosiklet və "VAZ" avtomobilinin detallarından yığılıb. 800 manata yaxın xərc qoyulan kvadrasiklın mühərrikinə müəyyən dəyişikliklər edilərək onun gücü daha da artırlıb.

Mingəçevirdə avtomobillər arasında şütüyən minik vasitəsinə maraq böyükdür. Əksər avtomobillərin çıxa bilmədiyi hündürlüklərə qalxan bu nəqliyyat vasitəsi rahat idarə edilməklə yanaşı, saatda 90-100 km sürət yığa bilir.

Kvadrasiklı almaq istəyənlər də az deyil. Vladimir Kalidin minik vasitəsinə sənəd aldıqdan sonra sata biləcəyini deyir. Mingəçevir sakini gələcəkdə fərqli görünüşlü nəqliyyat vasitələri hazırlamağı da planlaşdırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar