Xəzər Xəbər

Ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat - VİDEO

Veb TV | 15:27 • 26 Mart 2019
Ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat -

Qəfil başlayan alov ticarət mərkəzini qısa bir zamanda külə çevirdi.

Xezerxeber.az-ın məlumatına görə, Bakının Nizami rayonu 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" Ticarət Mərkəzindəki dönərxanadan başlayan yanğın qısa bir zamanda mərkəzin digər mərtəbələrinə keçib. Yanğın qısa bir zamanda ticarət mərkəzinə bitişik mağazalara da yayılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bakı qarnizonunun texnikası, 3 helikopteri və xeyli sayda canlı qüvvəsi cəlb edilib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Daxili İşlər Nazirinin müavini Oruc Zalov və digər rəsmilər hadisə yerində olublar.

Yanğın zamanı 6 nəfər xəsarət alıb. Xəsarət alanlardan 3-ü Fövqəlada Hallar Nazirliyinin əməkdaşı, 2-si mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub. Yanğın nəticəsində ticarət mərkəzinin binası tam yararsız hala düşüb.

Hazırda ərazidə kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır. Ümumilikdə, yanğın 2 hektara yaxın ərazini əhatə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti