Xəzər Xəbər

Bakıda işıqforun işə salınmaması qəzaya səbəb olub VİDEO

Veb TV | 18:00 • 17 Mart 2019
Bakıda işıqforun işə salınmaması qəzaya səbəb olub

Bakıda yeni quraşdırılan işıqforun hələ işə salınmaması qəzaya səbəb olub.

Bu gün günorta saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Qəza Xətai rayonu Nobel prospektində qeydə alınıb.

Belə ki, bir neçə gün əvvəl prospekt boyu bir neçə ərazidə geri dönüş yerləri yaradılıb. Həmin ərazidən geri dönüş edən ''Opel'' markalı avtomobili digər bir nəqliyyat vasitəsi vurub. Qəza zamanı xəsarət alan olmasa da hər iki maşına xeyli ziyan dəyib.

Hadisə zamanı qəzaya səbəb olan avtomobil ərazidə yeni quraşdırılan işıqfora da zərər vurub. Hadisə yerinə yol polisi gələrək araşdırmalara başlayıb. Hər iki avtomobil cərimə meydançasına aparılıb.

Xəbər lenti

Çox oxunanlar