Xəzər Xəbər

AZAL "Boeing 737 Max 8" təyyarəsindən niyə imtina etmir? VİDEO

Veb TV | 19:03 • 14 Mart 2019
AZAL "Boeing 737 Max 8" təyyarəsindən niyə imtina etmir?

 

Dünya ölkələri bir-bir "Boeing 737 Max 8" tipli təyyarələrin istifadəsini dayandırır, öz hava məkanlarında bu təyyarələrin üçüşlarını qadağan edirlər. Dünyanın etibar eləmədiyi bu təyyarlərdən "AZAL”da sifariş verib. Bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd belə təyyərə gətiriləcək. Öz imicini itirmiş bu modelləri almaq nə dərəcədə düzgündür ? Axı kim təminat verə bilər ki, alınacaq yeni təyyarələrdə, baş verən qəzalar təkrarlanmayacaq.

Dünyanın yox dediyi təyyarələrlə bağlı "Azərbaycan Hava Yolları" Qapalı Səhimdar Cəmiyyəti hələdə gözləmə mövqeyindədir.

Söhbət bir neçə gün bundan əvvəl Efiopiyada 157 nəfərin, beş ay əvvəl isə İndoneziyada 189 nəfərin ölümü ilə nəticələnən Boinq şirkətinə məxsus "737 MAX 8"seriyasından olan təyyarə qəzalarından gedir.Ümumilikdə 346 nəfərin ölməsi bu təyyarələrdə böyük təhlükənin olmasından xəbər verir.Elə buna görədə dünyanın aparıcı ölkələri-Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, İrlandiya, İtaliya,Niderland, Hindistan,Türkiyə, Malayziya, Yeni Zelandiya ,Birləşmiş Ərəb əmirliyi bu təyyarədən istifadəni dayandırıb.Boeing" aviasiya korporasiyası da ABŞ-da bu seriyadan olan təyyarələrin uçuşunun qadağan edilməsindən sonra həmin avialaynerlərin çatdırılmasını qadağan edib.

Dünyanın etibar eləmədiyi bu təyyarlərdən Azal da sifarış verib.Azalın mətbuat xidmətinin məlumatına görə Boeinglə imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd Boeing 737 MAX-8 tipli təyyərə gətiriləcək.

Ekspertlər hesab edir ki, hegemon şirkətin məhz bu təyyarəsinin bir çox ölkə tərəfindən qara siyahıya salınması təsadüf ola bilməz.Çünki hər iki qəza,uçuşdan bir neçə dəqiqə sonra baş verib.İlkin versiya kimi təyyarədəki proqram təminatında ehtimal olunan nasazlıq göstərilir.Bu hələlik ilkin qənaətedir.Bu qəzada dünyada nə ilkdir nədə son.Lakin bu qəzadan sonra xüsusən ABŞ-a məxsus bir şirkətin təyyərisinin risk qrupuna salınması təsadüf sayıla bilməz.Əksər ölkələr baş verə biləcək qəzalardan vaxtında sığortalanmaq,vətəndaşlarının təhlükəsizliyini təmin etmək istəyir.Buna görədə həmin ölkələr bu təyyəralərdən istifadəni qadağan etməklə yanaşi hava məkanlarını bütovlükdə bu tip avialaynerlərə qapalı elan ediblər.

Dünyada bunlar baş verərkən ölkə vətəndaşları da "AZAL"ının hansı addımları atacağını gözləyirdi.Qurumdan verilən açıqlamada qeyd edilir ki, AZAL rəsmiləri Boeing korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edir. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaq. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq" - deyə qurumun prezidenti Cahangir Əsgərov bildirib.

Düzdü hələlik ''AZAL''ın parkında bu təyyarədən yoxdur.Lakin öz imicini itirmiş bu modelləri satın alıb avia-daşımada istismara buraxmaq nə dərəcədə düzgündür ? Sərnişinlərin etibar göstərməyəcəyi bu modellərı ölkəyə gətirməyə dəyərmi ? Niyə imzalanan bu müqavilə dayandırılmır vəya yenidən baxılmır ? Əksər ölkələr öz hava məkanında bu təyyarələrin uçuşlarını qadağan edirsə Azal bu təyyarələrlə hara uçmağı planlaşdırır ?

Bütün bu suallar cavabını gözləyir.

Xəbər lenti