Xəzər Xəbər

Tovuzda 900 illik tarixi olan ənənə davam edir - 3 kənd tirələri ilə məşhurdur - VİDEO

Veb TV | 19:48 • 24 Fevral 2019
Tovuzda 900 illik tarixi olan ənənə davam edir -

Tovuzun məşhur üç kəndi tirələrə bölünməyi ilə digər yaşayış məntəqələrindən seçilir. 900 yaşı olan Əsrik-Cırdaxan kəndində isə hər 30-40 ev bir tirə sayılır. Tirələrin maraqlı yaranma tarixi var. Keçmişdə həmin tirələri salanların törəmələri bu gün də dədə-babadan qalan ənənəni qouyub saxlayırlar.

Xezerxeber.az-ın məlumatına görə, bir dərədə yerləşən yaşayış məskənlərinin tarixi əsrlər əvvələ təsadüf edir.

Maraqlı tirələri ilə məşhur olan cəbhəyanı ərazidə yerləşən Əsrik-Cırdaxan kəndində 500 ev 2000-dən çox sakin yaşayır. Mənbələrdə buranın kənd olaraq 900 il əvvəl mövcud olduğu təsdiqini tapır. Elə həmin zamanlardan da burada tirələr yaranıb. Aşpazlı, Dəmirlər, Çaqqallı, Qaraalılar, Qaraməmmədli, Vəkilli və s. Tirə qədim zamanda qohum olan tayfaların qrup halında bir yerdə yaşamasına deyilib. Tirələrdə yaşayan sakinlər müxtəlif yerlərdən gəlib burada məskunlaşıblar.

Tirələrin əksəriyyətinin adı buraya ilk gələnin adı ilə adlandırılıb. Lakin bəzi tirələrin maraqlı yaranma tarixçəsi var.

Hazırda kənddə Təpəbaşı, Mahmudlu, Təzəkənd kimi yeni tirələr də yaranmaqdadır. Ailə həyatı qurub, ailədən ayrılan oğul övladları da yeni tirələrdə məskən salırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti