Xəzər Xəbər

Şəmkir və Sumqayıtda qəzalar baş verib - 1 ölü, 30-dan çox yaralı var - VİDEO

Veb TV | 19:44 • 21 Fevral 2019
Şəmkir və Sumqayıtda qəzalar baş verib -

Şəmkirdə avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb. Avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sərnişin, polis mayoru Xaliq Ələsgərov hadisə yerində ölüb. Avtomobilin sürücüsü, 20 yaşlı Vüsal Abdiyev isə ağır yaralanıb. Şəmkir rayon xəstəxanasına çatdırılan yaralıya tibbi yardım göstərilib.

Sumqayıtda isə sərnişin avtobusu binaya çırpılıb. Çox sayda sərnişin yaralanıb.

Hadisə şəhərin Məşədi Əzizbəyov küçəsi ilə Nizami küçəsinin kəsişməsində baş verib. 30 nömrəli marşrut avtobusu əvvəlcə avtomobilə, daha sonra isə binaya çırpılıb. Hadisə nəticəsində 30-dan çox insan yaralanıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti