Xəzər Xəbər

Qubada qazıntı işləri aparan ekskavator çaya aşıb, sürücü tapılmır- VİDEO

Veb TV | 20:34 • 7 Fevral 2019
Qubada qazıntı işləri aparan ekskavator çaya aşıb, sürücü tapılmır-

Qubada bədbəxt hadisə baş verib.

Xezerxeber.az-ın məlumatına görə, Vəlvələçayda qazıntı işləri aparan ekskavator aşıb. Ekskavatorun sürücüsü 41 yaşlı Şabran rayon sakini Qasımov Vüqar Eyvaz oğlunun uçqun altında qaldığı ehtimal olunur. Əraziyə hüquq-mühafizə oqranlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub. Aparılan axtarışlar hələ ki, nəticəsiz qalıb. Sürücünün taleyi barədə heç bir məlumat yoxdur. Axtarışlar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti