Xəzər Xəbər

"Neftçi" yeni transferini rəsmən açıqladı VİDEO

Veb TV | 13:11 • 23 Yanvar 2019
"Neftçi" yeni transferini rəsmən açıqladı

Transfer çalışmalarını davam etdirən "Neftçi" yeni futbolçu ilə anlaşıb.

XəzərXəbər xəbər verir ki, "ağ-qaralar" Yunanıstan Super Liqasında çıxış edən OFI klubundan Vanqelis Platellasın transfer edib. Paytaxt klubu "facebook" səhifəsində bununla bağlı video paylaşıb.30 yaşlı vinqerlə müqavilənin şərtləri barədə məlumat verilməyib.

Qeyd edək ki, AEK, "Atromitos", "Aris" kimi klublarda çıxış edən futbolçu ötən ildən OFI-də oynayırdı. Platellas 2015-ci ildən Yunanıstan millisinə ara-sıra dəvət alır. Lakin o, yığmada debüt şansı qazanmayıb.


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024

Çox oxunanlar