Xəzər Xəbər

Elektromobil sürücüsü olan qız gülüş hədəfində - VİDEO

Veb TV | 09:25 • 19 Dekabr 2018
Elektromobil sürücüsü olan qız gülüş hədəfində -

Elektromobil sürücüsü olan sarışın qız gülüş hədəfinə çevrilib.Modern.azxarici mediaya istinadən xəbər verir ki, "Reddit” portalında yayımlanmış bir video sosial şəbəkələrdə gülüş və müzakirə obyektinə çevrilib.

Məlumata görə, videoda yanacaqdoldurma stansiyasına gəlmiş sürücü qız əks olunub. O, maşından düşərək yanacaq doldura bilmək üçün avtomobilinin benzin çəninin girişini axtarır.

Videoda bu kadrları çəkən sürücünün gülüş səslərini eşitmək olar. Məsələ burasındadır ki, qızın sürdüyü maşın "Tesla” elektrokarıdır və bu maşın benzinlə deyil, elektrik cərəyanı ilə çalışır.

Son nəhayətdə, kişi sürücü qadını başa salır ki, o, başqa yanacaq, daha doğrusu, elektrik doldurma stansiyasına müraciət etməlidir.

Xəbər lenti