Xəzər Xəbər

Bakıda binadan atılan zibil torbası avtomobilə ziyan vurub - VİDEO

Veb TV | 20:47 • 12 Dekabr 2018
Bakıda binadan atılan zibil torbası avtomobilə ziyan vurub -

Bakıda eyvandan yerə atılan zibil paketi həyətdə dayanmış avtomobilə zərər vurub. Qum və heyvan nəcisi ilə dolu olan həmin sellofan torba avtomobilin arxa şüşəsini qırıb.

Xezerxeber.az-ın məlumatına görə,hadisə ötən gün axşam saatlarında paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 31C ünvanında hündürmərtəbəli binanın həyətində baş verib. Zərərçəkmiş Rövşən Əhmədov deyir ki, axşam saatlarında həmin ünvandakı obyektlərdən birinə gəlib. Təxminən 20 dəqiqə sonra çıxdıqda avtomobilinə zərər dəydiyini görüb.

Xoşbəxtlikdən hadisə baş verən zaman ərazidə heç kim olmayıb. Zərərçəkmiş sürücü hadisə ilə əlaqədar dərhal ''102'' xidmətinə məlumat verib. Əraziyə Nəsimi rayon 19-cu polis şöbəsinin əməkdaşları gələrək baxış keçiriblər. Sığorta ekspertizasının hesablamasına görə, Rövşən Əhmədova təxminən 1500 manat məbləğində ziyan dəyib.

Rövşən Əhmədov deyir ki, avtomobilinin könüllü sığortası var və həmin şirkət dəymiş zərəri qarşılayacaq. Amma həmin vaxt avtomobilin olduğu ərazidən kimsə keçərdisə atılan zibilin ona xəsarət yetirməsi qaçılmaz olardı. Məsuliyyətsizlik edib, zibili yuxarı mərtəbədən atan şəxsin tapılması istiqamətində 19-cu polis şöbəsinin əməkdaşları axtarış aparır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti