Xəzər Xəbər

Atatürk parkındakı ictimai iaşə obyektləri sökülür - VİDEO

Veb TV | 20:20 • 10 Dekabr 2018
Atatürk parkındakı ictimai iaşə obyektləri sökülür -

Paytaxtın Nərimanov rayonunda yerləşən Atatürk parkında 13-ə yaxın ictimai iaşə obyektinin söküntüsünə başlanılıb. 

Xezerxeber.az-ın məlumatına görə, söküntü işlərini Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları həyata keçirirlər. Ərazindən ilkin olaraq 7 obyekt sökülüb. Qalan 6 obyekt də söküləcək. Bakı şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov "Xəzər Xəbər"ə bildirib ki, bu obyektlər parkın gözəlliyinə xələl gətirir. Ona görə də icra hakimiyyəti tərəfindən obyektlərin söküntüsü ilə bağlı qərar qəbul edilib. Qurum rəsmisi onu da bildirdi ki, Atatürk parkı yenidən təmir olunaraq vətəndaşların istifadəsinə veriləcək. Artıq bununla bağlı parkın layihəsi də hazırlanıb və yaxın günlərdə işlərə başlanılacaq.




Xəbər lenti