Xəzər Xəbər

Bakıda avtomobil sahiblərini qorxu içində saxlayan şəxslərlə bağlı YENİ XƏBƏR - VİDEO

Veb TV | 19:25 • 17 Noyabr 2018
Bakıda avtomobil sahiblərini qorxu içində saxlayan şəxslərlə bağlı

Paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, o, şəxsiyyəti istintaqla araşdırılan bir nəfərlə əlbir olub gecələr avtomobillərdən oğurluq edirmişlər.

Avtomobillərin yan şüşəsini qıraraq qarət ediblər.

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Zərərçəkmişlərdən biri polisə məlumat verib ki, minik avtomobilinin yan şüşəsini qıran şəxs pul və mobil telefon oğurlayıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli bilinən Rəsul Ağazadəni saxlayıb. Araşdırma zamanı məlum olub ki, adı çəkilən şəxs əvvəllər tanıdğı bir nəfərlə əlbir olub noyabrın 14-dərayon ərazisində bir gecədə üç avtomobilin şüşəsini qıraraq mobil telefonlar, içərisində pul, sənədlər olan çanta və pulqabı oğurlayıb. Həmin gün səhərə yaxın isə başqa bir minik avtomobilini də qarət etməyə cəhd etsələr də, alınmayıb.

İşin istintaqını aparan müstəntiqin sözlərinə görə, gənclər avtomobillərdən oğurladıqlarını aralarında bölüblər. Amma Rəsul Ağazadə deyir ki, ona bu cinayətdən cəmi iki mobil telefon qalıb.

Saxlanılan Rəsul Ağayev bu əməlini sərxoş vəziyyətdə törətdiyini və buna görə peşman olduğunu deyib.

Faktla bağlı Rəsul Ağazadə barəsində Binəqədi rayon polis idarəsində cinayət işi başlanıb. Polis bu işdə əli olan digər şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində axtarış aparır.

Xəbər lenti