Xəzər Xəbər

Heydər Əliyev Fondunun dəstəyi ilə iki azyaşlı sağlamlığına qovuşdu - VİDEO

Veb TV | 20:38 • 16 Noyabr 2018
Heydər Əliyev Fondunun dəstəyi ilə iki azyaşlı sağlamlığına qovuşdu -

Heydər Əliyev Fondu eşitmə məhdudiyyəti olan iki azyaşlını öz hümayəsinə götürərək Türkiyəyə müalicəyə göndərib. Artıq müsbət nəticə var. Orada həkim müayinəsindən keçən hər iki uşaq əməliyyat olunaraq müasir koxlear implantın köməyi ilə eşitmə qabiliyyətləri bərpa olunub.

Xezerxeber.az-ın məlumatına görə, eşitmə məhdudiyyəti olan iki azyaşlı Heydər Əliyev Fondunun köməkliyi ilə sağlamlıqlarına qovuşublar.

Qasımovlar ailəsi bir müddət əvvəl övladlarının müalicəsinə kömək üçün ictimaiyyətdən yardım istəmişdilər. Onların çağırışına ilk reaksiya isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan gəlib. Vüsalə və Tünzalə Qasımova bacıları ötən ay valideynləri ilə birlikdə Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Türkiyənin İstanbul şəhərinə göndərilib. Həkim müayinəsi zamanı həm Vüsalə, həm də Tünzalənin eşitmə qabiliyyətlərinin tamamilə olmadığı təsdiqlənib. Əməliyyat yolu ilə qoyulan müasir koxlear implantın köməyi ilə eşitmə qabiliyyətlərinin bərpasının mümkün ola biləcəyi müəyyən olunub.

Bundan sonra əvvəlcə Vüsalə Qasımova, daha sonra Tünzalə Qasımova əməliyyata alınıb. Bütün xərclər isə Heydər Əliyev Fondu tərəfindən qarşılanıb. Hər iki uşağın əməliyyatı uğurlu keçib, daxili qulağa implant yerləşdirilib.

Əməliyyatdan 3 gün sonra uşaqlar xəstəxanadan buraxılsalar da onlar müntəzəm olaraq həkim müayinəsində olublar. 12 və 15 noyabr tarixlərində pasiyentlərin eşitməsi test edilib. Test uğurlu keçib və hər iki uşaq ilk dəfə eşidərək reaksiya veriblər. Bundan ən çox sevinən, təbii ki, onların valideyinləri olub.

Uşaqların eşitmə qabiliyyəti test edildikdən sonra cihazlar tənzimlənib və valideynlərinə istifadə, qoruma, daşınma qaydaları izah olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti