Xəzər Xəbər

Bu il qış çox sərt keçəcək - VİDEO

Veb TV | 20:38 • 15 Noyabr 2018
Bu il qış çox sərt keçəcək -

Bu il Azərbaycanda qış fəslinin çox sərt keçəcəyi gözlənilir. Müvafiq qurumlar indidən bu duruma hazırlaşmalıdırlar.

Xezerxeber.az-ın məlumatına görə, bu proqnozu ekoloq Telman Zeynalov verib.

Onun sözlərinə görə, qış fəsli vaxtından tez gələcək, havaların sərt və soyuq keçəcəyi gözlənilir.

Telman Zeynalov deyir ki, Günəşdə ləkələrin sayında azalma müşahidə olunur və bu ulduzun daha az aktivlik dövrü başlayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva isə bildirdi ki, qışın sərt keçib-keçməyəcəyi ilə bağlı fikir səsləndirmək hələ tezdir və nazirlikdə belə bir proqnoz yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti