Xəzər Xəbər

Məhkumların əl işlərindən ibarət sərgi keçirilib - VİDEO

Veb TV | 20:14 • 12 Noyabr 2018
Məhkumların əl işlərindən ibarət sərgi keçirilib -

Pentensiar Xidmətin 6-saylı cəza çəkmə müəssisəsində məhkumların əl işlərindən ibarət sərgi keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, sərgidə xidmətin rəisi Ceyhun Həsənov, millət vəkilləri və əl işlərini hazırlayan məhkumlar iştrak edib.

Sərgidə ağacdan nəfis şəkildə hazırlanmış müxtəlif məhsullar - mücrülər, kətillər, nərd taxtaları, mebel, hamam aksesuarları, məişətdə istifadə olunan qablar, dəmir məhəccərlər, geyim formaları, çarpayılar, təsbehlər, seyf, xalçalar və digər toxuculuq məhsulları nümayiş olunub.

Həmin məhsulları hazırlayan məhkumların sözlərinə görə, həmin əli işləri minumum bir həftə, maksimum 2 ay müddətlərini alıb. Hazırlanması üçün xam mal isə rəhbərlik tərəfindən həbsxananın istehsalat müəssisəsinə gətirilib.

Məhkumların fərdi əməyinin məhsulu olan müxtəlif çeşidli suvenirlər və bəzək əşyaları, eləcə də istehsalat nümunələri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Diqqət çəkən əşyalardan biri də məişət mebelinin hazırlanması olub.

Əl işləri Ədliyyə Nazirliyinin internet səhibəsində onlayn satışı həyata keçirilir. Həmin saytda əl işlərinin qiyməti də yazılıb. Ödəniş etməklə məhkumların istənilən əl işini əldə etmək olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti