Xəzər Xəbər

Sumqayıtda dəmir yolunun yaxınlığından insan kəlləsi tapılıb - VİDEO

Veb TV | 19:04 • 4 Noyabr 2018
Sumqayıtda dəmir yolunun yaxınlığından insan kəlləsi tapılıb -

Sumqayıtda dəmir yolunun yaxınlığından insan kəlləsi tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, Sumqayıtdakı dəmir yolu xətti ətrafında qazıntı işləri aparılarkən insan kəlləsi üzə çıxıb. Ətrafda yaşayan insanlar tərəfindən dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bakı və Sumqayıtdan olan ekspertlər əraziyə baxış keçiriblər və aşkar edilmiş insanın başının skeletini eksperteziya göndəriblər.

Yerli sakinlərin sözlərinə görə, ərazidə tikilən evlərin həyətlərinə vaxtı ilə başqa yerlərdən xeyli torpaq daşınaraq boşadılıb. Ehtimal edilir ki, insan kəlləsi də həmin torpaqlara qarışaraq gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar