Xəzər Xəbər

Zaqatalada kütləvi zəhərlənmə: bir ailənin 7 üzvü zəhərlənib - VİDEO

Veb TV | 19:52 • 21 Oktyabr 2018
Zaqatalada kütləvi zəhərlənmə:

Zaqatala rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Bir ailənin 7 üzvü zəhərlənib.

Xezerxeber.az-ın məlumatına görə, dünən axşam saatlarında rayonun 28 May küçəsi, ev 75 ünvanında yaşayan 24 yaşlı Qurban Səmədov, 17 yaşlı Böyükxan Ağaxanzadə, 28 yaşlı Sara İbrahimova, 2 yaşlı Zara Səmədova, 15 yaşlı Banuçiçək Qasımzadə, 12 yaşlı Aysu Qasımzadə və 1 yaşlı Ayxan Qasımzadə zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.

Müayinə zamanı məlum olub ki, axşam yeməyindən sonra ikisi azyaşlı olmaqla 7 nəfərin vəziyyəti pisləşməyə başlayıb və onlarda zəhərlənmə əlamətləri müşahidə olunub. Diaqnozu dəqiqləşdirmək üçün onların hamısından ayrı-ayrılıqda nümunələr götürülərək analiz edilmək üçün laboratoriyaya göndərilib.

Zəhərlənənlərin müalicəsi xəstəxananın Yolxucu xəstəliklər şöbəsində aparılır, vəziyyətləri hazırda orta-ağır və orta-stabil qiymətləndirilir.

Zəhərlənmə rayondaki ailəvi istirahət mərkəzlərindən birində qeydə alındığı ehtimal edilir. Çünki onlar ailəvi istirahət mərkəzində xəmir xörək və digər qidalar qəbul ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti