Xəzər Xəbər

Yevlaxda "Bərəkət ilahəsi" tapılıb - VİDEO

Veb TV | 19:47 • 21 Oktyabr 2018
Yevlaxda "Bərəkət ilahəsi" tapılıb -

Yevlaxda antik dövrə aid "Bərəkət ilahəsi" adı verilən unikal əşya tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, gildən hazırlanmış əşya qədim dövrdə insanların inanc vasitəsi hesab edilib.

Yevlax rayonunun Səmədabad kəndi ərazisində küp qəbir nekropolunda aparılan qazıntılar zamanı bardaq,vaza tipli gil qablar, tunc qolbağ və şüşə muncuq aşkarlanıb. Eramızdan əvvəl II əsrdən başlayaraq bir neçə yüz ili əhatə edən dövrə aid olan qədim əşyalar, Yevlax Tarix Diyarşünaslıq Müzeyinə təhvil verilib. Tapıntılar içərisində maraqlı görünüşə malik olan gildən hazırlanan "Bərəkət ilahəsi" həmin dövrün insanları üçün xüsusi önəm daşıyıb.

Boru kəmərinin çəkilişi zamanı tapılan antik dövrə aid əşyalar rayonun qədim insan məskəni olmasını bir daha sübut edir. Tuncdan hazırlanmış qolbağ, şüşədən olan muncuq və fərqli görnüşlü qablar həmin dövr insanlarının həyat tərzini, mədəniyyətini öyrənməyə şərait yaradır.

Gildən hazırlanmış "Bərəkət ilahəsi"nə Yevlax ərazisində ilk dəfədir ki, rast gəlinir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti