Xəzər Xəbər

Azərbaycanlı aktrisa Türkiyənin məşhur serialında VİDEO

Veb TV | 14:45 • 10 Oktyabr 2018
Azərbaycanlı aktrisa Türkiyənin məşhur serialında

Türkiyədə yaşayan azərbaycanlı aktrisa, həmçinin "P.S. Zaten boyun da küçüktü...” və "Ve bir americano...” kitablarının müəllifi - Gülay Hüseynova "Yeni gəlin” serialında maraqlı obraz canlandıracaq.

Aktrisa bu barədə özü məlumat verib. G.Hüseynova bildirib ki, 57-ci bölümdən etibarən bioenerji mütəxəssisi və fizioterapevt Oksana xarakteri ilə "Yeni Gəlin” serialının aktyor heyətinə daxil olub.

Məlumat üçün bildirək ki, adıçəkilən layihə Türkiyənin ən reytinqli kanalı "Show tv"də nümayiş olunur. Baş rolları Cessika May və Tolqa Mendi ifa edir.

Qeyd edək ki, həmyerlimiz bundan əvvəl "Kalbimin Sultanı” adlı böyük büdcəli serialda rol almışdı./publika.az


Xəbər lenti