Xəzər Xəbər

Neftin qiyməti 100 dollara qədər qalxacaq VİDEO

Veb TV | 20:53 • 24 Sentyabr 2018
Neftin qiyməti 100 dollara qədər qalxacaq

Dünyanın aparıcı neft istehsal edən şirkətləri ilin sonuna doğru neftin qiymətinin 100 dollardan yüksək olacağını proqnozlaşdırırlar. Əsas səbəb kimi sözügedən dövrdə bazara daxil olacaq neftin həcminin indikindən xeyli az olacağıdır. Bu proqnoz neft istehsal edən ölkələr üçün yüksək gəlir vəd edir.

Neftin qiyməti ilə bağlı nikbin proqnozlar var. Neft istehsal edən ölkələr cari ilin sonuna doğru neftin qiymətinin 2014-cü ildən sonra ən yüksək həddə çatacağını gözləyirlər.

Blumberq agentliyinin yaydığı məlumatda deyilir ki,neftin qiymətinin qalxması ABŞ-ın sanksiyalari səbəbindən İrandan neft tədarükünün dayandırılması ilə əlaqəli olacaq. Ekspertlərin fikrincə, Amerika tərəfinin tətbiq etdiyi məhdudiyyətlərə görə, bazara bu ilin 4-cü rübündə gündəlik 2 milyon barrel daha az neft daxil olacaq.Bununla yanaşı bazarda İran neftinin alıcıları da hər keçən gün azalır.Bir neçə gün əvvəl Yaponiya İran neftinin alışını tam dayandırıb.

Qiymətin qalxması sanksiyalarla yanaşı əksər neft istehsal edən ölkələrin müxtəli səbəbdən nef hasilatını azaltması ilə bağlıdır.

Ekspert İlham Şaban deyir ki, bu məlumatın yayılması psixoloji cəhətdən də qiymətin yüksəlməsinə səbəb olacaq. Neftin qiymətinin yüksəlməsi neft ixrac edən ölkələr üçün yüksək gəlir vəd edir. Azərbaycan da həmin ölkələr sırasındadır.

Ekspertin sözlərinə görə neftin qiymətinin 100 dollardan yüksək olmasının nə qədər zaman kəsiyində davam edəcəyini proqnozlaşdırmaq çətindir. Çünki bu dünyada gedən və hər an dəyişən siyasi və iqtisadi proseslərlə bağlıdır

Xəbər lenti