Xəzər Xəbər

Biləsuvarda 81 ədəd partlamamış hərbi sursat aşkarlanıb VİDEO

Veb TV | 20:18 • 24 Sentyabr 2018
Biləsuvarda 81 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində sursatlardan əlavə, silahlar da tapılıb.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyiin mütəxəssisləri və Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları sözügedən əraziyə baxış keçiriblər. Agentliyin mütəxəssisləri 81 ədəd partlamamış hərbi sursat aşkar edib. Həmin sursatlar zərərsizləşdirilməsi üçün agentliyinmərkəzi məhvetmə ərazisinədaşınıb. Ümumiyyətlə, 21 gün ərzində 949 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar edilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı sentyabr ayının sonunadək davam etdiriləcək.

Gəncədə isə Kəpəz rayonu ərazisində həyətdən partlamamış sursatlar aşkarlanıb. ANAMA-nın mütəxəssisləri və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları birlikdə ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçiriblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 74 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Həmin ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı növbəti gün də davam etdiriləcək.

Xəbər lenti