Xəzər Xəbər

Bakıda yaşlı kişini soydular VİDEO

Veb TV | 20:48 • 24 Sentyabr 2018
Bakıda yaşlı kişini soydular

Bankomatdan pul çıxaran şəxsi izləyən iki nəfər onun cibindəki pulu soyğunçuluq yolu ilə ələ keçiriblər.

Hadisə Bakının Xətai rayonunda baş verib. Rayon Polis İdarəsinə müraciət edən Vladimir Yeqorov tanımadığı şəxsin onun cibindən 400 manat pulu soyğunçuluq yolu ilə ələkeçirdiyini bildirib. Əməliyyatçılar axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emin Qədimov və Razi Əliyevi saxlayıb. Araşdırma zamanı məlum olub ki, zərərçəkənin Nərimanov rayonu ərazisində bankomatdan pul çıxardığını görəndən sonra hər iki şəxs onu izləməyə başlayıb. Xətai rayonu ərazisində isə Emin Qədimov ona yaxınlaşaraq pulunu soyğunçuluq yolu ilə ələ keçirib.

Razi Əliyev deyir ki, onlar Nərimanov rayonunda bir yerdə olsalar da Emin Qədimov həmin şəxsi izləyərkən o getməyib.

Faktla bağlıhər iki şəxslə bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir

Xəbər lenti