Xəzər Xəbər

Sitrus bağları ziyanvericilərin hücumuna məruz qalıb - VİDEO

Veb TV | 20:15 • 18 Sentyabr 2018
Sitrus bağları ziyanvericilərin hücumuna məruz qalıb -

Astaranın Tüləküvan kəndindəki .sitrus bağları zərərvericilərin hücumuna məruz qalıb

Xezerxeber.az-ın məlumatına görə, "Çöpvari", "Çanaqlı" və "Kaliforniya yastıcası" adlandırlan zərərvericilər əsasən narıngi, limon, portağal ağaclarına qənim kəsilib.

Fermerlərin sözlərinə görə, xəstəliyə qarşı görülən tədbirlər heç bir nəticə vermir.

Onlar bildirirlər ki, bu il məhsuldarlıq əvvəlki illərə nisbətən 2-3 dəfə az olacaq. Əldə edilə meyvələr də satışa yaramır.

Zərərvericilərin digər ərazilərdəki bağlara da yayılması təhlükəsi var.

Məsələ ilə bağlı Astara Rayon Bitki Mühafizə İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, bu il yay aylarında havaların quraq keçməsi səbəbindən sitrus ağacları gücdən düşüb. Təsərrüfat sahibləri də zərəvercilərə qarşı dərmanlama işlərini vaxtında və düzgün aparmadıqları üçün ağaclarda "Kaliforniya yastıcası" yayılıb. Fermerlər sonrakı günlərdə güclü dərmanlama aparsalar, zərəverciləri məhv etmək mükün olacaq. İdarənin əməkdaşları da məsələ ilə bağlı bir neçə sitrus təsərüfatlarında olublar və zərərvercilərin məhv edilməsi ilə bağlı fermerlərə tövsiyələr veriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti