Xəzər Xəbər

Subay oğlanlar üçün xüsusi “sevgili” gəlir VİDEO

Veb TV | 17:25 • 20 Avqust 2018
Subay oğlanlar üçün xüsusi “sevgili” gəlir

Yaponiyada bir elektronika firması kişilər üçün xüsusi dostlar icad edib. "Azuma Hikari” adlanan animasiya obrazı sizi üzünüz və səsinizdən tanıyaraq gündəlik işlərinizdə sizinlə birlikdə hərəkət edir. O sizinlə bərabər yuxudan durur, qəhvə içir, televizora baxır və s.

50 sm ölçüsündə şüşənin içində yaşayan robotla Android, yaxud IOS sistemi vasitəsilə mesajlaşmaq mümkündür. O həmçinin sizin tapşırıqlarınızı da yerinə yetirir, məsələn, kondisioneri, işıqları yandırıb-söndürür. Virtual animasiya obrazı ilə sevgili olmaq istəyən kişilər üçün əvəzolunmaz robot süni intellektə sahibdir.

"GateBox” tərəfindən istehsal olunan animasiyalı robotun qiyməti, təxminən, 1352 dollardır.

Xəbər lenti