Xəzər Xəbər

Açıq məkanlarda reklam yerləşdirilməsinə nəzarət gücləndirilib - VİDEO

Veb TV | 18:40 • 18 İyul 2018
Açıq məkanlarda reklam yerləşdirilməsinə nəzarət gücləndirilib -

Açıq məkanlarda reklam yerləşdirilməsinə nəzarət gücləndirilib. Reklam qanunvericiliyinin tələblərini pozanlara qarşı tədbirlər görülür. Onlar haqqında protokollar tərtib edilir.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Reklam Agentliyinin direktor müavini Orxan Əliyev deyib.

Müşahidələrə əsasən, açıq məkanlarda icazə sənədi olmayan reklamlar təhlükəsiz istismar üçün yararlı olmur, yerləşdiyi ərazinin estetik görünüşünə xələl gətirir, bəzən müşahidə kameraları üçün məhdudiyyətlər yaradır.

Orxan Əliyev qeyd edib ki, sahibkarlar açıq məkanlarda reklam konstruksiyalarına diqqət etməlidirlər. Reklam konstruksiyalarına olan tələblər agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılır.

Açıq məkanlarda reklam yerləşdirmək istəyənlər agentliyə müraciət edirlər. Reklam yerləsdirmək istəyən sahibkarların işlərini sadələşdirmək üçün bu ilin sentyabr ayında elektron müraciət sisteminin yaradılması başa çatacaq. Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədilə "Reklam daşıyıcılarının onlayn qeydiyyat" sistemi tezliklə Agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti