Xəzər Xəbər

Bakıda yolun çökməsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb - VİDEO

Veb TV | 20:06 • 16 İyul 2018
Bakıda yolun çökməsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb -

Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən küçədə aparılan qazıntı işləri zamanı maraqlı məqamlar üzə çıxıb. Qazıntılar zamanı yol səthindən təxminən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb.

Avtomobil Yollari Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, şərti adi "B-04" olan metro stansiyasının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağanaraq hasarlanıb.

Anar Nəcəfli qeyd edib ki, çəkilən yol alternativ və müvəqqəti salındığı üçün Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.

Yolun altında qalaraq çökməyə səbəb olan yarımçıq binanın təyinatı ilə bağlı məlumat almaq üçün Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etdik. Sualımızın cavablandırılacağı deyilsə də, günün sonuna qədər rayon icra hakimiyyətinə etdiyimiz zənglər cavabsız qaldı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti