Xəzər Xəbər

İsveçrəyə fındıq ixracı artırılacaq VİDEO

Veb TV | 20:54 • 9 İyul 2018
İsveçrəyə fındıq ixracı artırılacaq

Azərbaycandan İsveçrəyə 40 ton fındıq ixrac olunub. Lakin bunun bir neçə dəfə artırılması nəzərdə tutulub. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, İsveçrə ilə əməkdaşlıq potensialı olan digər sahələr üzrə də danışıqlar aparılır.

İsveçrəyə fındıq ixracı artırılacaq.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, ötən il Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 240 milyon dolları keçib. Bu da 2016-cı illə müqayisədə 46 faiz çoxdur. Hazırda Azərbaycandan İsveçrəyə əsasən qızıl və fındıq ixrac olunur. Fındıq ixracının da bir neçə dəfə artırılması nəzərdə tutulub.

Şahin Mustafayev qeyd edib ki, Bu ixrac missiyası zamanı Azərbaycandan İsveçrəyə 220 ton və ya 125 min dollarlıq fındıq ixracı ilə bağlı müqavilələr imzalanıb. Nazir bildirib ki, hazırda ənaye və əməkdaşlıq potensialı ola bilən digər bir neçə sahə üzrə də danışıqlar aparılır.

Şahin Mustavayev həmçinin vurğulayıb ki, yaxın vaxtlarda Sumqayıt Kimya Sənaye Parkında İsveçrə ilə birgə tikinti materialları istehsal edən zavod istifadəyə veriləcək.

Xəbər lenti