Xəzər Xəbər

Qubada kanat qırıldı, ölən və yaralananlar var VİDEO

Veb TV | 20:07 • 9 İyul 2018
Qubada kanat qırıldı, ölən və yaralananlar var

Quba rayonunda bədbəxt hadisə baş verib.

Rayonda fəaliyyət göstərən otellərdən birində kanat xətti qırılıb, bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyihadisə barədə məlumat yayıb. Məlumatda bildirilir ki, kütləvi informasiya vasitələrində Quba rayonunda otellerdən birindəkanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu iyunun 20-dən istifadədə olmayıb. Qeyd olunub ki, hadisə yerdə təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü Rüzgar Isayev ölüb. Quba rayon sakinləri - 1958-ci il təvəllüdlü Rafiq Həsənov və 1985-ci il təvəllüdlü Ruhid Əliməmmədov xəsarət alaraq Quba mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Xəbər lenti