Xəzər Xəbər

Hərbi parad keçirildi: Bakı səmasında möhtəşəm aviaşou - VİDEO

Veb TV | 13:13 • 26 İyun 2018
Hərbi parad keçirildi:

Paradda ordumuzun arsenalında olan ən son texnologiyalara cavab verən silahlar nümayiş olunub. Hərbi hava qüvvələrimizin şahinlərinin uçuşları isə Bakı səmalarını 3 rəngli bayrağımızın rəngləri ilə bəzəyib.

Təntənəli paradda ordumuzun arsenalında olan ən son silahlar nümayiş olunub.

Paradda şəxsi heyətin təntənəlikeçidi olub. Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti tribuna önündən keçib.

Sonra hərbi texnika və uçuş vasitələri nümayiş etdirilib. Təntənəli mərasimdə 240 - dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.

Bu dəfəki paradda ilk dəfə olaraqmüxtəlif konfiqurasiyalı "SandCat" zirehli avtomobilləri bir neçə yeni pilotsuz uçuş aparatları nümayiş etdirilib. Bunlardan biriAzərbaycanla israilin birgə istehsalı olan "Orbiter-3" mini taktiki PUA-dır.

Həmçinin dövlət sərhəd xidmətinin "Tufan" və "Şahdağ" tipli 11 gəmisi də ilk dəfə paradda iştirak edib.

Reaktiv yaylım atəş sistemlərindən olan RM-70 "Vampir" YARS və 130 km məsafədə hədəfi 15 metr sapma ilə vurmağı bacaran Türkiyə istehsalı TR-300 "Qasırğa" kompleksi də nümayiş olunub.

Belarus istehsalı olan "Polonez" raket kompleksi və İsraildən alınmış "LORA" raketləri də ilk dəfə nümayiş etdirilənlərdəndir. Maksimal uçuş məsafəsi 300 km olan "Polonez"in sursatı 8 raket, bir raketin zərərvurma radiusu isə 80 metrdir.

Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.

Xəbər lenti