Xəzər Xəbər

Ali Baş Komandan: “Ermənistan ordusu haqqındakı mifi darmadağın etdik” - VİDEO

Veb TV | 13:05 • 26 İyun 2018
Ali Baş Komandan:

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 ili tamam olur. Bu münasibətlə Bakıda Azadlıq Meydanında təntənəli hərbi parad keçirilib. Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda iştirak edib. Dövlət başçısı bildirib ki, gün gələcək, isğaldan azad olunmuş torpaqlarda qaldırılacaq Azərbaycan bayrağı azadlıq meydanında hərbi paradda göstəriləcək. Ali Baş Komandan hazırda sahib olduğumuz güclü ordu sayəsində işğalda olan torpaqlarımızın azad ediləcəyinə əminliyini ifadə edib.

Azərbaycan ordusu qarşıda duran bütün vəzifələri icra etməyəo cümlədən də ölkəmizin ərazi bütövlüyünü təmin etməyə tam qadirdir. Silahlı qüvvəllərin Ali Baş Komandanı prezident İlham Əliyev belə deyib. Dövlət başçısı bildirib ki, silahlı qüvvələrimizin nəyə qadir olduğunu bu gün biz həm düşmənə, həm də bütün dünyaya nümayiş etdiririk.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Dövlət başçısnın sözlərinə görə, ordumuzun maddi-texniki təchizatı yüksək səviyyədədir. Prezident bildirib ki, orduzmun sahib olduğu silahlar həm ölkəmizdə istehsal edilir, həm də xaricdən gətirilir

Dövlət başçısı bildirib ki, Azərbaycan ordusunun döyüş qabiliyyəti xeyli güclənib. Aprel döyüşləri, eləcə də bu yaxınlarda Naxçıvanda əldə edilən qələbələr bunu bir daha sübut etdi.''Biz elə bir güclü ordu yaratmışıq ki, düşmənin bütün strateji hədəflərini məhv etməyi qadirdir.Ermənistan Azərbaycanla rəqabət apara bilmir və heç zaman buna nail ola bilməyəcək. Aprel və Naxçıvan qələbələri Ermənistanın öz ordusu haqqındaki mifi darmadağın etdi''-deyə prezident vurğulayıb.

Prezident İlham Əliyev işğalda olan torpaqlarımızn tezliklə azad ediləcəyinə əminliyini ifadə edib. ordumuzun qarşısında duran əsas vəzifə torpaqların işğaldan azad edilməsidir.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan heç zaman işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək.

Xəbər lenti